AZ

İsrail Müdafiə Qüvvələri Livanda Hizbullaha qarşı əməliyyatın başladığını elan edib

İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Eyal Zamir ölkənin silahlı qüvvələrinin Livandakı Hizbullah qruplaşmasına qarşı hücuma başladığını açıqlayıb.

Herbiand.az xəbər verir ki, bu barədə İMQ-nin X sosial media hesabındakı paylaşımda bildirilib.

Dünən gecə İMQ-nin sözçü ofisi Hizbullahın İran tərəfində münaqişəyə girdiyini və İsrail ərazisinə raket zərbəsi endirdiyini açıqlayıb. İMQ Livandakı hədəfləri vurmaqla cavab zərbələri endirib.

Zamir daha sonra davamlı hücum və müdafiə əməliyyatları üçün hazırlıqlar əmri verib. Livan Səhiyyə Nazirliyi İsrailin zərbələri nəticəsində 31 nəfərin öldüyünü və 149 nəfərin yaralandığını bildirib.

Seçilən
23
herbiand.az

1Mənbələr