AZ

Son iki gündə 90 cinayətin açılması təmin edilib

Bakı, 2 mart, AZƏRTAC

Fevralın 28-də və martın 1-də ölkə ərazisində qeydə alınan 73, əvvəlki dövrlərdən bağlı qalan 17 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 117, o cümlədən borclu şəxs qismində axtarışda olan 74, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 16 və dələduzluğa görə axtarışda olan 20 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Həmçinin narkotiklərlə əlaqədar 44 fakt müəyyən edilib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 44,3 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.

Eyni zamanda, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 17 fakt müəyyən edilib. Paytaxtda və respublikanın ayrı-ayrı rayonlarında 6 avtomat silahı, 1 pulemyot, 1 qumbara, 18 tüfəng, 4 patron darağı və 69 ədəd patron aşkar edilərək götürülüb.

Cinayət törətməkdə şübhəli bilinən 68 nəfər də saxlanılıb.

Seçilən
4
4
azertag.az

6Mənbələr