AZ

Bakı-Tehran əlaqələrində YENİ DÖVR – Bundan sonra...

“Regionda və qlobal səviyyədə təhlükəsizlik və sabitlik üçün ciddi təhdid yaradan hərbi eskalasiya dərin narahatlıq doğurur”. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) regional hərbi eskalasiyaya dair bəyanatda deylir. Bildirilib ki, XİN qəti şəkildə bütün tərəfləri maksimum təmkin nümayiş etdirməyə, gərginliyi daha da artıracaq hərəkətlərdən çəkinməyə və danışıqlar masasına qayıtmağa çağırır. Martın 1-də isə Azərbaycan Prezidenti İlham Əliyev İranlı həmkarı Məsud Pezeşkiana başsağlığı verib.

Eyni gündə xarici işlər naziri Ceyhun Bayramovun iranlı həmkarı Abbas Ərağçi arasında telefon danışığı olub. Bayramov bir daha hər hansı bir ölkə tərəfindən Azərbaycan ərazisinin qonşu və dost İrana qarşı istifadə edilməsinin mümkün olmadığını vurğulayıb.

Pezeşkian

Bundan sonra Bakı-Tehran əlaqələrində hansı dəyişiklikləri müşahidə edə bilərik? Azərbaycanın regionda əhəmiyyəti azala bilərmi?

Deputat Elşad Musayev Musavat.com-a bildirib ki, Azərbaycan son hadisələrdə İrana səmimi münasibətini bir daha sərgilədi və qonşu ölkənin çətin günlərində dövlət başçısı İlham Əliyev həmkarı Pezeşkiana məktub yolladı: "Eyni gündə nazirlər səviyyəsində əlaqə saxlanıldı. Baxmayaraq ki, Azərbaycan ABŞ və İsraillə yüksək səviyyədə münasibətlər qurub, biz qonşu dövlətə qarşı heç bir prosesdə iştirak etməmişik. İrandan həmişə ölkəmizə əsassız ittihamlar səslənib, ancaq heç bir sübut olmayıb. Bu gün baş verənlər isə göstərdi ki, İran dövləti yanlış nəticələr çıxarıb. Ona görə də Bakı - Tehran münasibətləri yeni baxış müstəvisində inkişaf etməlidir. Bu da qarşılıqlı əməkdaşlıqdan keçir. Artıq qarşı tərəf təhdid və ittiham ritorikasına son qoymalı, normal əlaqələrin inkişafında maraqlı olmalıdır. Məncə, Məsud Pezeşkianın rəhbərliyi dövründə bu münasibətlər daha da inkişaf edəcək. Azərbaycan da maraqlıdır ki, İranla dostluq əlaqələri irəliyə getsin, logistika və digər sahələrdə əməkdaşlıq genişlənsin".

İrana

Deputat qeyd edib ki, Xameneidən sonra İran xarici siyasətində dəyişikliklər gözlənilir və mühafizəkar qanadın təsirləri azala bilər: "Bu da prezident idarəetməsinin güclənməsinə gətirib çıxarmalıdır. Yəni SEPAH artıq dominant güc olmamalıdır. Ancaq bu halda İran ətrafı ilə münasibətləri normal şəkildə davam etdirə bilər. Hər bir halda, cənab Prezidentin məktubu bir daha sübut etdi ki, Azərbaycan İrana qarşı deyil və əlaqələrin inkişafında maraqlıdır".

 

Emil Salamoğlu
Musavat.com

 

Seçilən
4
musavat.com

1Mənbələr