AZ

Tarixi qoruqlarda elmi tədqiqatlara başlanılır

Bakı, 2 mart, AZƏRTAC

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud və AMEA Arxeologiya və Antropologiya İnstitutunun direktoru tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Quliyev “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğu ərazisindəki tarixi abidələrə baxış keçiriblər.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, iki qurum arasında elmi tədqiqatların aparılması barədə əməkdaşlıq razılaşmasına əsasən “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunun arxeoloji tədqiqatlara cəlb edilməsinin mərhələli “yol xəritəsi”ni ehtiva edən ilkin fəaliyyət layihəsi müzakirə edilib. Həmçinin elmi tədqiqatların “yol xəritəsi” layihəsi təşəbbüsündə İçərişəhərdəki tarixi abidələrdə arxeoloji tədqiqatların aparılması mövzusu üzrə hər iki qurum arasında görüşlərin intensivləşməsi barədə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təklifləri yer alıb.

Beləliklə, aparılmış müzakirələr zamanı uzun müddətlik fasilədən sonra yaxın gələcəkdə “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqlarında elmi tədqiqatların başlanılması təşəbbüsü üzrə ümumi razılıq əldə edilib.

Seçilən
28
5
azertag.az

7Mənbələr