AZ

“Qarabağ” - “Sabah” qarşılaşması mövsümün azarkeş rekordu ilə yadda qalıb - FOTO

Misli Premyer Liqasının 22-ci turunun “Qarabağ” - “Sabah” qarşılaşması mövsümün azarkeş rekordu ilə yadda qalıb.

İdman.Biz xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda oyunu 10361 tamaşaçı izləyib.

Bu rəqəm cari mövsümdə ən yüksək göstərici hesab olunur. Əvvəlki rekord isə 12-ci turda baş tutan “Sumqayıt” - “Qarabağ” matçına (2:4) aid idi.

Qeyd edək ki, “Qarabağ” - “Sabah” matçı 3:3 hesabı ilə yekunlaşıb.

İdman.Biz
Seçilən
21
idman.biz

1Mənbələr