AZ

Malayziyada Xocalı soyqırımının ildönümü tədbirləri çərçivəsində iftar süfrəsi açılıb

ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Pekin, 2 mart, AZƏRTAC

Azərbaycanın Malayziyadakı səfirliyi və bu ölkənin Perak ştatının İnkişaf Korporasiyasının birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar Perak ştatının inzibati paytaxtı İpoh şəhərində tədbir təşkil olunub. Muhammad Əl-Fateh məscidində keçirilən anım tədbiri çərçivəsində imkansız ailələr və yetim uşaqlar üçün iftar süfrəsi açılıb.

Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Perak ştatının imamı Mohamad Cohari Xabib bin Saniman belə faciələrin təkrarlanmaması üçün insanların günah əməllərdən çəkinməsinin önəmini vurğulayaraq Azərbaycanın bütün şəhidlərinin ruhuna dualar oxuyub.

Tədbirdə Xocalı soyqırımının tarixi, səbəbləri və nəticələri barədə iştirakçılara ətraflı məlumat verilib, bu faciənin XX əsrin ən ağır bəşəri cinayətlərindən biri olduğu, onun beynəlxalq ictimaiyyətə çatdırılması və tarixi həqiqətlərin dünya miqyasında tanıdılması istiqamətində fəaliyyətin vacibliyi qeyd olunub. Tədbirdə, həmçinin Azərbaycan ilə Malayziya arasında dostluq və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin inkişafının əhəmiyyəti vurğulanıb.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
azertag.az

1Mənbələr