AZ

Astara buraxılış məntəqəsində təxliyə üçün şərait yaradılıb

Yazını böyüt
Yazını kiçilt

Astara dövlət sərhədindən buraxılış məntəqəsində İrandan xarici vətəndaşların təxliyəsi üçün lazımi şərait təmin olunub.

Hafta.az xəbər verir ki, təxliyə prosesi çərçivəsində sərhədi keçən əcnəbilər üçün çay və şirniyyat süfrəsi təşkil edilib.

Eyni zamanda, ərazidə təcili tibbi yardım briqadası fəaliyyət göstərir və ehtiyac yaranacağı təqdirdə operativ tibbi müdaxilə üçün hazır vəziyyətdədir.

Təxliyə olunan şəxslərin təhlükəsiz və rahat şəkildə keçidi üçün bütün təşkilati məsələlər koordinasiyalı şəkildə icra olunur.

Seçilən
4
3
hafta.az

4Mənbələr