AZ

Paytaxt metrosunda xətlərin ayrılması istiqamətində görülən işlərlə bağlı son vəziyyəti açıqlandı

Bakı.Trend:

Metronun “28 May” stansiyası ətrafında yerləşən “Şaxta 1” və“Şaxta 2” sahələrində qazıntı işləri tam başa çatdırılıb. Onunsözlərinə görə, artıq mövcud tunellərə birləşdirici keçid tunelləriinşa olunub və hazırda yeni tunellərin tikintisinə başlamaq üçünhazırlıq mərhələsi davam edir.

Trend xəbərverir ki, bu fikirləri bu gün “Bakı Metropoliteni” QSC-nin TikintiLayihələrinin İdarəedilməsi departamentinin rəisi Məmməd Rzayevmetronun “Həzi Aslanov" stansiyasının dalanında əsaslı təmir vəyenidənqurma işləri barədə məlumat verərkən jurnalistlərədeyib.

M.Rzayev qeyd edib ki, Bakı metrosunda xətlərin ayrılması iləbağlı paralel şəkildə iki əsas layihə icra olunur. Bunlardan biriDərnəgül deposunun tikintisinin ikinci mərhələsinin tamamlanması,digəri isə ayrılma layihəsi çərçivəsində yeni tunellərininşasıdır.

O vurğulayıb ki, “Yaşıl xətt”in müstəqil fəaliyyəti üçün depovacib infrastruktur hesab olunur və ikinci fazanın yekunlaşmasıyeni tunellərin qazılmasına start verilməsinə imkan yaradacaq.

Eyni zamanda, AAYDA tərəfindən avtomobil və piyada tunellərinintikintisi davam etdirilir. Metro rəhbərliyi layihənin metro üçünzəruri hissəsinin tamamlanmasını gözlədiklərini, bundan sonra isəxəttin depo ilə birləşdiriləcəyi və xətlərin ayrılması üzrə əsastikinti mərhələsinə başlanılacağını diqqətə çatdırıb.

Məqalədə:
Seçilən
10
1
az.trend.az

3Mənbələr