AZ

Xameneinin öldürüldüyü toplantıdan bir o sağ qaldı - Təsadüf, yoxsa sirr?

İranda yüksək səviyyəli şəxslər öldürülüb. Yalnız İranın Qüds Qüvvələrinin komandanı İsmail Qaani sağ qalıb.Milli.Az-ın məlumatına görə, bu onun ilk dəfə xilas olması deyil. İranlı komandan Kaani İsrailin təşkil etdiyi hər hücumda son anda toplantını erkən tərk etməsi ilə gündəmə gəlib. Hizbullah lideri Həsən Nəsrullahın öldürüldüyü gün o da Livanda idi. Lakin sağ qaldı.12 gün davam edən İran-İsrail müharibəsi zamanı yüksək rütbəli komanda heyəti hədəfə alındı, amma o, yenə də sağ qaldı. ABŞ və İsrailin "kəşfiyyat məlumatı aldıq, zərbə endirdik" dediyi və Xameneinin öldürüldüyü toplantıda onun da olduğu bildirilir. İranın müdafiə naziri Əmir Nəsirzadə və komandan Məhəmməd Baqirinin Xamenei ilə keçirdiyi görüşdən də yenidən erkən ayrıldığı, hücum nəticəsində İranın yüksək səviyyəli komanda heyətindən yalnız onun sağ qaldığının açıqlandığı qeyd olunur.

Bu vəziyyətlərin təsadüf olub-olmaması isə müzakirə mövzudur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
14
4
olaylar.az

5Mənbələr