ain.az, Axsham.az portalına istinadən məlumat verir.
Teleqramın qurucusu Pavel Durov Dubayda olmadığını açıqlayıb.
Axşam.az xəbər verir ki, Avropaya yollandığını bildirən iş adamı qitəni daha təhlükəli yer adlandırıb.
Pavelin sözlərinə görə, o, BƏƏ-ni atışmalar başlamazdan bir həftə əvvəl tərk edib:
"Təəssüf ki, bir həftə əvvəl Dubaydan Avropaya getməli oldum. Beləliklə, nəinki İrandan olan "pulsuz atəşfəşanlığı" qaçırıram, həm də özümü daha böyük riskə atıram. Avropada cinayət səviyyəsini nəzərə alsaq, statistikaya görə Dubay hətta raket atəşi altında belə daha təhlükəsizdir. Geri dönəcəyim günü səbirsizliklə gözləyirəm".
Onun sözlərinə milyarder İlon Mask reaksiya verib:
"Heç bir ölkə mükəmməl deyil, amma Dubay və bütövlükdə BƏƏ obyektiv olaraq Avropanın bir çox yerindən daha təhlükəsiz və daha yaxşı idarə olunur".
Qeyd edək ki, Durov daha əvvəl də Dubayla Avropanı müqayisə edib. O, Avropanı pisləyib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.