AZ

Paytaxt metrosunda xətlərin ayrılması istiqamətində görülən işlərlə bağlı son vəziyyəti açıqlandı

Metronun "28 May" stansiyası ətrafında yerləşən "Şaxta 1" və "Şaxta 2" sahələrində qazıntı işləri tam başa çatdırılıb. Onun sözlərinə görə, artıq mövcud tunellərə birləşdirici keçid tunelləri inşa olunub və hazırda yeni tunellərin tikintisinə başlamaq üçün hazırlıq mərhələsi davam edir.

Day.Az xəbər verir ki, bu fikirləri bu gün "Bakı Metropoliteni" QSC-nin Tikinti Layihələrinin İdarəedilməsi departamentinin rəisi Məmməd Rzayev metronun "Həzi Aslanov" stansiyasının dalanında əsaslı təmir və yenidənqurma işləri barədə məlumat verərkən jurnalistlərə deyib.

M.Rzayev qeyd edib ki, Bakı metrosunda xətlərin ayrılması ilə bağlı paralel şəkildə iki əsas layihə icra olunur. Bunlardan biri Dərnəgül deposunun tikintisinin ikinci mərhələsinin tamamlanması, digəri isə ayrılma layihəsi çərçivəsində yeni tunellərin inşasıdır.

 

O vurğulayıb ki, "Yaşıl xətt"in müstəqil fəaliyyəti üçün depo vacib infrastruktur hesab olunur və ikinci fazanın yekunlaşması yeni tunellərin qazılmasına start verilməsinə imkan yaradacaq.

Eyni zamanda, AAYDA tərəfindən avtomobil və piyada tunellərinin tikintisi davam etdirilir. Metro rəhbərliyi layihənin metro üçün zəruri hissəsinin tamamlanmasını gözlədiklərini, bundan sonra isə xəttin depo ilə birləşdiriləcəyi və xətlərin ayrılması üzrə əsas tikinti mərhələsinə başlanılacağını diqqətə çatdırıb.

Seçilən
30
1
day.az

3Mənbələr