AZ

İrandan idxal edilən məhsulların bahalaşmaması üçün nə etmək lazımdır – Açıqlama

Bakı. Trend:

İranda baş verən savaş region dövlətləri üçün yalnız hərbideyil, həmçinin iqtisadi baxımdan da təsirsiz ötüşməyə bilər.

Trend xəbərverir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye vəsahibkarlıq komitəsinin üzvü, deputat Vüqar Bayramov sosial şəbəkəhesabında yazıb.

Bəs, müharibənin Azərbaycan iqtisadiyyatına hansıtəsirləri ola bilər?

Millət vəkili xatırladıb ki, Azərbaycanla İran arasında ticarətdövriyyəsi 2025-ci ildə əvvəlki ilə nisbətən cüzi dəyişərək 644milyon dollara olub. 2024-cü ildə bu göstərici 647 milyon dollaridi. Rəqəmlər ölkələr arasındakı ticarət əlaqələrinin kiçikgöstəricilər ilə ifadə olunmadığını göstərsə də, dövriyyəninstrukturu fərqli təəssürat yaradır:

“Belə ki, ticarət dövriyyəsinin əhəmiyyətli hissəsi İrandanidxaldır. 2025-ci ildə 644 milyon dollarlıq dövriyyənin 624 milyonuİrandan idxal hesabına formalaşıb. Yəni, ümumi ticarətdövriyyəsinin cəmi 3 faizi Azərbaycanın İrana ixracıdır.Azərbaycanın İrana ixracatı cəmi 20 milyon dollar olub. Bu isə odeməkdir ki, ötən il İranla ticarətdə 604 milyon dollarlıq mənfisaldomuz yaranıb.

Deməli, İranla ticarət əlaqələrimizdə illər üzrə mənfi saldomuzvar. Yəni, İran Azərbaycan ilə ticarət əlaqələrindən daha çoxqazanır. Bu isə o deməkdir ki, İranla ticarət əlaqələrində texnikiçətinliklər davam etsə, bunun Azərbaycan ixracatına hər hansıxüsusi təsiri olmayacaq.

İllər üzrə statistik təhlillər göstərir ki, iki ölkə arasındakıticarətdə İran idxalı dominat olub. Azərbaycanın ümumi ixracatındaİranın payı hətta tam rəqəmlərlə belə ifadə olunmur. İxrac ölkəyəvalyuta, idxal isə ölkədən valyuta aparır.

Təsirlərə gəldikdə isə, bu özünü İrandan idxalın azalmasındagöstərə bilər. Azərbaycana İrandan tikinti materialları, kəndtəsərrüfatı məhsulları, eləcə də quru meyvələr, yüngül sənayeməhsulları, xüsusən də məişətdə istifadə edilən sənaye məhsullarıidxal edilir”.

İrandakı son hadisələr Azərbaycanın istehlakbazarına necə təsir göstərə bilər?

Deputat vurğulayıb ki, əgər İranın ixrac imkanları daha uzunmüddət məhdudlaşsa, o zaman cənub qonşumuzda istehsal edilən birsıra məhsulların gətirilməsində çətinlik yarana bilər:

“Belə ki, 2025-ci ildə Azərbaycan İrandan portağal, təzə və yaqurudulmuş (14.3 milyon dollar), kartof (13.6 milyon dollar), qidaüçün yararlı duz, yodlaşdırılmış məhsullar (11.8 milyon dollar),badımcan (9.4 milyon dollar), peçenye (8.8 milyon dollar), kərəyağı (8.7 milyon dollar), bibər, o cümlədən capsicum növünün və yapimenta növünün barı (8.3 milyon dollar), xurma, təzə vəyaqurudulmuş (6.4 milyon dollar), soğan (6.1 milyon dollar), yerkökü(5.7 milyon dollar), kələm (4.5 milyon dollar), pendir (4.1 milyondollar), kivi (3.1 milyon dollar) və digər ərzaq məhsulları idxaledib.

Bununla yanaşı, idxalda əsas ağırlıq tikinti və sənayeməhsullarının payına düşüb. Sözügedən müddətdə İrandan azot (84.8milyon dollar), arqon (48.7 milyon dollar), mərmərin dənəvərləri,qırıntıları və tozu (20.1 milyon dollar), abidə və tikintidaşlarının dənəvərləri, qırıntı və tozu (18.9 milyon dollar), təbiibarium sulfatı (12.5 milyon dollar), ağ portlandsement (9.7 milyondollar), hipoxloritlər, xloritlər və hipobromitlər (6.9 milyondollar), dinatrium karbonat (5.8 milyon dollar) və digərqeyri-ərzaq məhsulları idxal olunub.

İradan ərzaq məhsulları ilə müqayisədə daha böyük məbləğlərdəsənaye və tikinti məhsulları idxal edilir. Təbii ki, idxal edilənməhsulların qiyməti müqayisəli şəkildə nisbətən aşağı olanmallardır. Bu baxımdan, xüsusən də ərzaq məhsulları üzrə idxallarındaha qısa zamanda diversifikasiyasına ehtiyac var.

İrandan idxal azalacağı halda, onun Azərbaycanın istehlakbazarındakı tarazlığa da xüsusi təsiri olmayacaq. Azərbaycanınxariciticarət dövriyyəsinin cəmi 1.3 faizi İranın payına düşür.2025-ci ildə illik idxalımızın 2.6 faizi İranın hesabınaformalaşıb.

İrandan idxal edilən malların, xüsusən də ərzağın qiymətininyüksəlməməsi üçün alternativ bazarlardan həmin məhsulların dahaqısa zamanda gətirilərək əvəzlənməsinə ehtiyac var. Təbii ki, bueyni zamanda müharibənin hansı müddəti əhatə etməsindən asılıolacaq. Bununla belə, regionda baş verən hadisələr fonunda ərzaqməhsullarının idxal bazarlarının şaxələndirilməsi və idxaldanasılılığın minimumlaşdırılması prioritetliyini daha daartırmaqdadır”.

Seçilən
2
20
az.trend.az

10Mənbələr