Azərbaycan Premyer Liqasının 22-ci turunda bu mövsümün yeni azarkeş rekordu qeydə alınıb.
İdmanxeber.az-ın məlumatına görə, bu, “Qarabağ” – “Sabah” matçında baş verib. Həmin oyunu stadionda 10361 tamaşaçı izləyib.
Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən gərgin və maraqlı qarşılaşma 3:3 hesabı ilə başa çatıb.
Buna qədər mövsümün rekordu 12-ci turda – “Sumqayıt” – “Qarabağ” (2:4) matçında qeydə alınmışdı. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionun keçirilən görüşü 9100 azarkeş tribunalarından izləmişdi.