AZ

Messi Peleyə çatdı

style='margin-bottom:10px;'>

MLS-in "Orlando Siti" ilə matçı "İnter Mayami"nin hücumçusu Lionel Messi üçün əlamətdar olub.

QOL.az xəbər verir ki, 38 yaşlı forvard oyunda (4:2) cərimə zərbəsindən 2 dəfə fərqlənib.

Ümumilikdə, o, karyerasında cərimə zərbəsindən 70-ci qolunu vurub. Nəticədə Messi bu göstəricidə əfsanəvi Pelenin uğurunu təkrarlayıb və 2-ci yerə yüksəlib.

Rekordçu isə 77 qolla Juninyo Pernambukanodur.

Qeyd edək ki, Portuqaliya millisinin və "Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldo cərimə zərbələrindən 64 qol vurub.

Seçilən
19
teleqraf.com

1Mənbələr