AZ

Təhsil və elm birləşir - tələbələr birgə tədqiqatlarda iştirak edəcək

“Müasir dövrdə təhsil ilə elmin inteqrasiyası xüsusi əhəmiyyət daşıyır".

AzEdu.az xəbər verir ki, bu sözləri Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutun baş direktoru, akademik Vaqif Abbasov jurnalistlərə açıqlamasında qeyd edib.

"Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə imzalanan müqavilə çərçivəsində birgə elmi layihələrin həyata keçirilməsi, tələbələrin tədqiqat prosesinə cəlb olunması və mütəxəssis hazırlığının daha da təkmilləşdirilməsi nəzərdə tutulur.

Eyni zamanda, qarşılıqlı təcrübə mübadiləsi, seminar və konfransların təşkili, birgə nəşrlərin hazırlanması da planlaşdırılır. Hesab edirik ki, bu əməkdaşlıq həm tədris prosesinə müsbət təsir göstərəcək, həm də elmi nəticələrin praktik tətbiqinə imkan yaradacaq. Ümid edirik ki, bu tərəfdaşlıq uzunmüddətli və səmərəli olacaq".

Seçilən
24
1
azedu.az

2Mənbələr