ain.az, Axar.az saytına istinadən bildirir.
Rusiyalı çeçen əsilli iş adamı və keçmiş senator Umar Cəbrayılov Moskvadakı otellərdən birində intihar edib.
Axar.az xəbər verir ki, bu barədə “Mash” Teleqram kanalı məlumat yayıb.
Məlumata görə, oteldə Cəbrayılovun yanında 9 mm-lik “Luger” tapançası tapılıb:
“İş adamı naməlum şəxs kimi ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib, onun kimliyini sonradan təhlükəsizlik işçiləri müəyyən edib. Cəbrayılovun kəllə sümüyündə güllə yarası aşkarlanıb. Həkimlər keçmiş senatoru həyata qaytarmağa çalışsalar da, onu xilas edə bilməyiblər”.
Qeyd edək ki, çeçen əsilli Umarov 2020-ci ildə də intihara cəhd etmişdi.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.