Mia.az saytından alınan məlumata görə, ain.az bildirir.
İran ABŞ v İsrailin hücumlarına cavab olaraq Körfəz ölkələrinə qarşı amansız zərbələr endirir.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu gün İran Səudiyyə Ərəbistanını "can damarı" saılan neft bazalarını vurub.
Məlumata görə, ölkə iqtisadiyyatında böyük pay sahibi olan Ras Tanuradakı "Aramco" neft emalı zavodu zərbədən sonra alova qərq olub: "İranın Şahed-136 tipli pilotsuz təyyarəsi Səudiyyə Ərəbistanının Ras Tanura şəhərindəki "Aramco" neft emalı zavoduna zərbə endirdi. Hücumdan sonra zavodda güclü yanğın başlayıb".
Məlumatda deyilir ki, Ras Tanura limanında yerləşən neft emalı zavodunun gündəlik emal gücü 550.000 bareldir və Səudiyyə Ərəbistanının ümumi neft ixracının təxminən 75 faizini idarə edir.
Samir MUSAYEV
MİA.AZ



Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.