AZ

İranın Şərqi Azərbaycan əyalətində həlak olanların SAYI

ain.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İranın Şərqi Azərbaycan əyalətində İsrail və ABŞ-nin hücumları nəticəsində ən azı 27 nəfər həlak olub.

Redaktor.az xəbər verir ki, bu barədə "Tasnim" xəbər agentliyi teleqram kanalında məlumat yayıb.

Şərqi Azərbaycanın Böhran Vəziyyətlərinin İdarə Edilməsi üzrə baş direktoru bildirib ki, son iki gündə Təbriz, Sərab, Marağa və Şəbəstər şəhərlərində müxtəlif ərazilərə hücumlar həyata keçirilib.

Məlumatda qeyd olunur ki, bir gün əvvəl Marağa şəhərinə edilən hücumlar nəticəsində 15 nəfər həlak olub.

Aminə ŞAHSUVARQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
35
1
redaktor.az

2Mənbələr