Çeçenistandan olan keçmiş senator və Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədr müavini, iş adamı Ömər Cabrayılov Moskvada intihar edib.
Publika.az xəbər verir ki, bu barədə “Baza” Telegram kanalı məlumat yayıb.
Yanında silah olan kişi ağır vəziyyətdə naməlum şəxs kimi xəstəxanaya yerləşdirilib. Hadisə yerinə gələn təhlükəsizlik işçiləri onun şəxsiyyətini müəyyən ediblər.
Altı il əvvəl, 2020-ci ildə Cəbrayılov oteldə intihara cəhd etmişdi. O zaman xilas edilmişdi.