AZ

Banklar kimə kredit verir? Azərbaycanda borc götürənlərin SİRRİ AÇIQLANDI

Son dövrlərdə kredit götürənlərin sayı gözəçarpacaq şəkildə artıb. Artan qiymətlər və ailələrin gündəlik xərcləri ilə gəlirləri arasındakı uçurum bir çoxunu banklara üz tutmağa məcbur edir. Həmçinin istehlak meyillərinin yüksək olması, planlaşdırılmamış xərclər və təcili ehtiyaclar insanları borc almağa sürükləyir. Nəticədə, cəmiyyətdə bank asılılığı getdikcə daha çox nəzərə çarpır. Bu isə sual doğurur: vətəndaşlar kreditə üz tuturlar, çünki iqtisadi çətinliklər onlara başqa yol qoymur, yoxsa şəxsi maliyyə planlaşdırması və savadlılığı yetərli deyil?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı Xalid Kərimli bildirib ki, Azərbaycanda kreditlərin ümumi ÜDM-i, iqtisadiyyatdakı əsas göstərici indiqatorunun nisbəti Qafqazda ən aşağıdır.

iqtisadçı-ekspert

Xalid Kərimlinin sözlərinə görə, bizdə kredit portfelinin genişləndirilməsi lazımdır və potensialı da var.

“Kredit götürmək savadsızlıqdan irəli gəlmir, insanlar problemlərini daha sürətli həll etmək istəyirlər. Həyat məhduddur, insan isə istehlakın təxirə salınmasını istəmir”, – deyə iqtisadçı qeyd edib.

“Banklar kimə gəldi kredit vermir”.

“Banklar krediti qaytara bilənə verir. Təbii ki, kredit götürənlərin içərisində fövqəladə və gözlənilməyən hadisələr də olur. İnsanlar “evi alım, yoxsa kirayədə qalım”, “biznesi kredit götürərək böyüdüm, yoxsa yavaş-yavaş” düşüncəsi ilə qərar verir. Bunun özü də kreditdir. Kredit götürəndə sürətli böyümək olur. İnsan məhdud ömür yaşayır. Bunların hamısı seçimlərdir. Kredit səviyyəsinə gələndə, Azərbaycan MDB məkanında ən aşağı göstəricilərə malikdir. Biz həmişə inkişaf etmiş ölkələrə baxırıq. Bu kasıbçılıqdan irəli gəlmir. Həmin ölkələrdə də kredit göstəriciləri bizdən daha yüksəkdir və əhali daha yüklüdür”.

Dəniz Pənahova
KONKRET.az

Seçilən
56
1
konkret.az

2Mənbələr