AZ

MY rəhbərliyi Kerriklə bağlı qərarını qətiləşdirdimi? - SON DURUM

"Mançester Yunayted" rəhbərliyinin komandanın baş məşqçisi Maykl Kerriklə bağlı mövqeyi bəlli olub.

Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.

Məlumata görə, futbolçular sözügedən mütəxəssisin rəhbərliyi altında oynamaqdan məmnundurlar və müvəqqəti çalışdırıcı statusu daşıyan ingilisin daimi əsasda komandada qalmasını arzulayırlar. Mənbə rəhbərliyin də gündən-günə Kerrikə daha çox inandığını diqqətə çatdırıb. Bu isə o deməkdir ki, azarkeşlərin də dəstəklədiyi Mayklın futbolçu kimi formasını geyindiyi "qırmızı-şeytanlar"la cari mövsümün sonunda müqavilə yeniləmək ehtimalı olduqca yüksəkdir. Təbii, Mançester təmsilçisinin yaya qədər keçirəıcəyi oyunlarda qeydə alınacaq nəticələr də 7 matçda 6 qələbə, 1 heç-heçə ilə yadda qalan Kerrikin gələcəyi baxımından xüsusi əhəmiyyət daşıyacaq.

Nihat

Seçilən
29
fanat.az

1Mənbələr