AZ

Şəhidlərin xatirəsinə ucaldılan əbədi abidə ŞƏRH

ain.az bildirir, Ses qazeti portalına istinadən.

İki il əvvəl təməli qoyulan Xocalı Soyqırımı Memorial Kompleksi bu gün xalqımızın iştirakı ilə açıldı. Bu möhtəşəm kompleks təkcə bir memarlıq nümunəsi deyil, həm də tariximizin qanlı səhifəsinin unudulmaması, şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi və gələcək nəsillərə həqiqətlərin çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır.1992-ci il fevralın 26-da baş vermiş Xocalı soyqırımı Azərbaycan xalqının yaddaşında silinməz iz buraxıb. Dinc əhaliyə qarşı törədilən bu amansız qətliam nəticəsində yüzlərlə insan – qadınlar, uşaqlar, qocalar xüsusi qəddarlıqla qətlə yetirildi. Bu faciə yalnız Azərbaycanın deyil, bütün bəşəriyyətin faciəsidir.

Memorial Kompleksin yaradılması şəhidlərimizin ruhuna ehtiramın ifadəsi olmaqla yanaşı, həm də tarixi ədalətin bərpasına yönəlmiş mühüm addımdır. Kompleksin memarlıq üslubu və rəmzi elementləri xalqımızın ağrısını, eyni zamanda əzmini və qürurunu əks etdirir. Burada hər bir detal Xocalı qurbanlarının xatirəsini yaşatmağa xidmət edir.

Bu gün azad və suveren Azərbaycan torpaqlarında ucaldılan bu memorial, dövlətimizin gücünün, xalqımızın birliyinin və tariximizə sahib çıxmaq iradəsinin göstəricisidir. Xocalı qurbanlarının xatirəsi daim qəlbimizdə yaşayacaq, onların faciəsi isə heç vaxt unudulmayacaq.

Memorial Kompleks gələcək nəsillər üçün bir dərs, bir ibrət və bir and yeridir: biz tariximizi unutmur, şəhidlərimizin xatirəsini əziz tuturuq və belə faciələrin bir daha təkrarlanmaması üçün həqiqətləri dünyaya çatdırmaqda davam edirik.

Toğrul Rəhimli

YAP Sədərək rayon təşkilatının əməkdaşı

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
18
sesqazeti.az

1Mənbələr