AZ

Biznesmen və keçmiş senator Cəbrayılov intihar edib

Rusiyada iş adamı və keçmiş senator Umar Cabrailov Moskvada intihar edib.

Azreform.info  RİA Novosti-yə istinadən xəbər verir ki, iş adamı Moskvadakı mənzilində başından güllə yarası ilə tapılıb. RBC-nın yazdığına görə, Cəbrayılov Moskvada Vesper yaşayış kompleksindəki 1-ci Tverskaya-Yamskaya küçəsi, 2A binasında yerləşən mənzildə olub. Cəbrayılov Moskvadakı mənzilində intihar edib.  İş adamı  intihar etsə də ölməyib ağı yaralanıb. O xəstəxanaya aparılıb və orada ölüb. Hadisə yerində 9 mm-lik “Luger” tapançası tapılıb.

Telegram kanalı Mash bildirir ki, həkimlər Cəbrayılovu ən azı yarım saat həyata qaytarmağa çalışsalar da, onu xilas edə bilməyiblər. Mash həmçinin iddia edir ki, Cəbrayılovun oteldə olub. Onun mühafiz əçiləri onu tanıyıblar.

Umar Cəbrayılov 1958-ci ildə Qroznıda anadan olub. 1997-ci ildə "Oxotnıy Ryad" və "Smolenski Passage" ticarət mərkəzlərini, "Rossiya" otelini və digər əmlakları idarə edən "Plaza" Şirkətlər Qrupunda top menecer vəzifəsinə yüksəlib. Cəbrayılov 2004-cü ildən 2009-cu ilə qədər Çeçenistanı Federasiya Şurasında təmsil edib və Federasiya Şurasının Beynəlxalq Məsələlər Komitəsinin sədr müavini vəzifəsində çalışıb  və Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) Rusiya nümayəndə heyətinin üzvü olub.
2009-cu ildən 2013-cü ilə qədər Rusiya prezidentinin köməkçisi Sergey Prixodkonun müşaviri vəzifəsində çalışıb.

5 dekabr 2017-ci ildə Cəbrayılov "partiyanı nüfuzdan salan və siyasi maraqlarına zərər verən hərəkətlərinə görə" Vahid Rusiya partiyasından xaric edilib. Bu, xuliqanlıq işi ilə bağlı baş verib. Sərxoş vəziyyətdə olan Cəbrayılov mükafat tapançasından istifadə edərək "Four Seasons" otelindəki otağında atəş açıb.

 Mürtəza

Seçilən
73
1
azreform.info

2Mənbələr