AZ

Əcnəbi tələbələr İranı icazəsiz tərk edə bilərlər

Azvision saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Mövcud vəziyyətlə əlaqədar olaraq İranın dövlət və özəl universitetlərində təhsil alan əcnəbi tələbələrə ölkəni rəsmi çıxış icazəsi olmadan — pasportlarına çıxış möhürü vurulmadan — tərk etməyə müvəqqəti icazə verilib. Bu barədə İranın Elm, Tədqiqat və Texnologiya Nazirliyi yanında Tələbələrin Məsələləri üzrə Departamentinin rəhbəri Səid Həbiba yerli mediaya açıqlama verib. Onun sözlərinə görə, əcnəbi tələbələr İranın Miqrasiya və Pasport İdarəsi ilə əldə olunmuş razılaşma əsasında ölkəni bütün qanuni quru sərhədləri vasitəsilə tərk edə bilərlər. Səid Həbiba bildirib ki, yaranmış şərait nəzərə alınaraq bütün universitetlərə əcnəbi tələbələrlə bu prosesdə əməkdaşlıq etmələri tövsiyə olunub. Röya Əliyeva

AzVision.az Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
1
azvision.az

1Mənbələr