AZ

Prezident İlham Əliyev bir sıra qanunlara edilən dəyişiklikləri təsdiqləyib

Bakı. Trend:

Büdcə təşkilatları dövlət büdcəsi və icmal büdcənin zəruriməlumatlarını dövlət orqanına "Rəqəmsal dövlət maliyyəsi"informasiya sistemi vasitəsilə təqdim edəcək.

Trend-in məlumatına görə, bu, Prezident İlhamƏliyevin təsdiqlədiyi "Büdcə sistemi haqqında" Qanuna ediləndəyişikliklərdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, bu qanunla müəyyən edilmiş müddətdə dövlətbüdcəsinin və icmal büdcənin layihələrinin və icmal büdcəningöstəricilərinin tərtibi üçün zəruri olan məlumatların dövlətbüdcəsindən maliyyələşən təşkilatlar tərəfindən müvafiq icrahakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və dövlətbüdcəsinin göstəricilərinin, gəlir və xərclər bölgüsünün və digərməlumatların həmin orqan (qurum) tərəfindən dövlət büdcəsindənmaliyyələşən təşkilatlara təqdim edilməsi müvafiq icra hakimiyyətiorqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemivasitəsilə həyata keçiriləcək.

Prezident İlham Əliyev həmçinin “Mühasibat uçotu haqqında” və“Dövlət satınalmaları haqqında” qanunlara edilən dəyişiklikləri dətəsdiqləyib.

"Mühasibat uçotu haqqında" Qanuna edilən dəyişikliyə əsasən,"Rəqəmsal dövlət maliyyəsi" informasiya sistemi mühasibat uçotu (ocümlədən dövlət maliyyə və qeyri-maliyyə aktivlərinin uçotu)sahəsindəki fəaliyyəti də əhatə etdiyindən qanunda "e-mühasibat"informasiya sistemi" ifadəsi "müvafiq icra hakimiyyəti orqanınınmüəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi" ifadəsi iləəvəz olunacaq.

Həmçinin, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyiorqanın (qurumun) informasiya sistemi mühasibat uçotu subyektləritərəfindən mühasibat uçotunun elektron qaydada aparılması vəmaliyyə hesabatları, o cümlədən birləşdirilmiş (konsolidə edilmiş)maliyyə hesabatlarının tərtib və təqdim edilməsini təminedəcək.

"Dövlət satınalmaları haqqında" Qanuna edilən dəyişikliyəəsasən, müvafiq satınalmalarla bağlı müqavilə satınalan təşkilattərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyiorqanın (qurumun) informasiya sistemi (bundan sonra – informasiyasistemi) vasitəsilə imzalandıqdan sonra bu qanuna uyğun olaraqmüvafiq məlumatlar həmin informasiya sistemi tərəfindən avtomatikşəkildə dərhal portala ötürüləcək və satınalma komissiyasısatınalma müqaviləsi qüvvəyə mindiyi gündən 3 iş günü ərzindəmüvafiq məlumatı portalda dərc edəcək.

Seçilən
17
6
az.trend.az

7Mənbələr