AZ

Burada “Qarabağ” və "Sabah" varsa... Görün, nə baş verdi! - FOTOLAR

Misli Premyer Liqasının 22-ci turunda bu mövsümün yeni azarkeş rekordu qeydə alınıb.

Sportinfo.az xəbər verir ki,bu, “Qarabağ” - "Sabah" matçında baş verib. Həmin oyunu stadionda 10361 tamaşaçı izləyib.

Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən gərgin və maraqlı qarşılaşma 3:3 hesabı ilə başa çatıb.

Buna qədər mövsümün rekordu 12-ci turda - "Sumqayıt" - "Qarabağ" (2:4) matçında qeydə alınmışdı.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionun keçirilən görüşü 9100 azarkeş tribunalarından izləmişdi.

Seçilən
68
sportinfo.az

1Mənbələr