AZ

Trampın təzyiqi Kanadanı yeni tərəfdaşlar axtarmağa məcbur etdi


Kanadanın baş naziri Mark Karninin Hindistan, Avstraliya və Yaponiyaya 10 günlük səfəri başlayıb. Karni səfərinə Hindistandan başlayıb. Mark Karni hindistanlı həmkarı Narendra Modi ilə iki ölkə arasında energetika, texnologiyalar, süni intellekt və kritik əhəmiyyətli faydalı qazıntılar sahəsində əməkdaşlığın genişləndirilməsi mövzularını müzakirə edib.

Siyasi şərhçilər Karninin bu səfərini Kanadanın ABŞ-dan iqtisadi asılılığını azaltmaq cəhdi kimi qiymətləndirir. Bəs Kanada buna nail ola biləcəkmi?

Mövzu ilə bağlı Musavat.com-a danışan politoloq Elxan Şahinoğlu deyib ki, Trampın təzyiqi Kanadanı yeni tərəfdaşlar axtarmağa məcbur edib:

“Kanadanın baş naziri Mark Karninin Hindistan, Avstraliya və Yaponiyaya 10 günlük səfəri başlayıb. Karni səfərinə Hindistandan başlayıb. Mark Karni hindistanlı həmkarı Narendra Modi ilə iki ölkə arasında energetika, texnologiyalar, süni intellekt və kritik əhəmiyyətli faydalı qazıntılar sahəsində əməkdaşlığın genişləndirilməsi mövzularını müzakirə edib.

Hələ bir neçə il əvvəl iki ölkə arasında münasibətlər gərgin idi. Bu gərginlik iki ölkə arasında diplomatik münasibətlərin dayandırılmasına səbəb olmuşdu. Kanadanın keçmiş baş naziri Castin Trüdo vaxtilə Hindistan hökumətinin 41 kanadalı diplomatın ölkədən çıxarılması qərarını Vyana Konvensiyasının pozulması kimi qiymətləndirmişdi. Halbuki, Dehlinin bu qərarından əvvəl Hindistanın Kanadakı səfirliyindəki diplomatlar ölkədən çıxarılmışdılar.

Mark Karni baş nazir seçildikdən sonra iki ölkə arasındakı münasibətləri normallaşdırmağa qərar verdi. İki ölkə arasında diplomatik münasibətlər bərpa olundu. Mark Karni Dehlidə işadamları ilə görüşdə iqtisadi əlaqələrin və ticarətin artırılması əhəmiyyətindən danışıb. “Kanada və Hindistan təbii tərəfdaşlardır” – deyən Karni iki ölkənin “böyümk iyirmilərin” Mayamidə keçiriləcək sammitinə qədər iki ölkə arasında iqtisadi əlaqələri üst səviyyəyə qaıdlrmağı hədəflədiyini bildirib. İki ölkə azad ticarət razılaşması üzərində işləyirlər.
Hindistan və Kanadanı əməkdaşlığa sövq edən səbəblərdən biri ABŞ Prezidenti Donald Trampın hər iki ölkəyə qarşı vergi rüsumlarını artırmasıdır”.

Elxan Şahinoğlu vurğulayıb ki, Kanada və Hindistan uranın zənginləşdirilməsi sahəsində də əməkdaşlıq imkanlarını müzakirə edirlər. Enerjiyə ehtiyacı olan Hindistan Karniyə “Kanadanın təklif etdiyi hər şeyi almağa hazırıq” mesajını ünvanlayıb:

“Mark Karni Hindistandan əvvəl Çinə səfər etmiş, bu ölkə ilə müxtəli sazişlər imzalamışdı. Mark Karni Hindistanla da əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Kanadanın baş naziri Hindistandan sonra Avatrsliya və Yaponiyaya gedəcək və bu ölkələrlə də sazişlər imzalayacaq. ABŞ tərəfindən sıxışdırılan Kanadanın alternativ bazarlara ehtiyacı var və məhz bu ehtiyac Mark Karnini fərqli ölkələrlə ticarət əlaqələrini genişləndirməyi diqtə edir”.

Xalidə Gəray
Musavat.com

Seçilən
37
musavat.com

1Mənbələr