AZ

Messi Peleyə çatdı - Rekordçu kimdir?

"İnter Mayami"nin ulduz hücumçusu Lionel Messi MLS-də "Orlando Siti" ilə oyunda (4:2) iki qol vurub. 

Fanat.Az xəbər verir ki, argentinalı qollardan birini cərimə zərbəsindən vurub.

"Opta"-nın hesablamasına görə, bu, Messinin karyerasında cərimə zərbəsindən vurduğu 70-ci qolu oldu. Nəticədə Messi braziliyalı əfsanə Pelenin nəticəsini təkrarlayaraq ikinci yerə çıxıb. Rekord müəllifi isə Juninyo Pernambukanodur - 77 qol.

MLS-in hazırkı çempionu "İnter Mayami" ilk turda "Los-Anceles"ə 0:3 hesabı ilə uduzduqdan sonra ilk qələbəsini qazandı. Onların növbəti oyunu 8 martda səfərdə "D.C.United"-ə qarşı olacaq.

Seçilən
28
fanat.az

1Mənbələr