Litva Prezidenti Gitanas Nauseda bildirib ki, Yaxın Şərqdəki münaqişə beynəlxalq ictimaiyyətin diqqətini Ukraynadakı hadisələrdən yayındırmamalıdır.
Redaktor.az xəbər verir ki, bu paylaşım Estoniya Prezidenti Alar Karis ilə danışıqlardan sonra Nausedanın X sosial media səhifəsində dərc olunub.
Nauseda yazıb: “Biz razılaşdıq ki, Yaxın Şərqdəki böhran beynəlxalq ictimaiyyətin diqqətini Rusiyanın Ukraynadakı davam edən müharibəsindən yayındırmamalıdır. Avropa Birliyi qorumalı və Ukraynaya ardıcıl siyasi, iqtisadi və hərbi dəstəyini davam etdirməlidir”.
Aminə ŞAHSUVARQIZI