AZ

Hücumlar nəticəsində İranın Şərqi Azərbaycan vilayətində 38 nəfər ölüb

Bakı. Trend:

İsrail və ABŞ-nin İrana hərbi hava hücumları fonunda 28 martdanbəri İranın şimal-qərbində yerləşən Şərqi Azərbaycan vilayətində 38nəfər ölüb.

Trend-inməlumatına görə, bunu İranın Şərqi Azərbaycan vilayəti FövqəladəHallar üzrə İdarəsinin baş direktoru Məcid Fərşi yerli mediayaaçıqlamasında deyib.

Onun sözlərinə görə, hücumlar nəticəsində indiyə qədəryaralananların sayı 212 nəfərdir.

Fərşi qeyd edib ki, Təbriz Neftayırma Şirkətinə hər hansı hücumedilməyib.

Qeyd edək ki, fevralın 26-da Cenevrədə İran və ABŞ arasındaİranın nüvə proqramı ilə bağlı danışıqların üçüncü raundukeçirilib. ABŞ Prezidenti Donald Tramp administrasiyasında baştutan görüş vəziyyətin diplomatik yolla tənzimlənməsi üçün son şanskimi qiymətləndirilirdi. Danışıqlarda konkret razılaşmalar əldəolunmayıb. Tehran uranın zənginləşdirilməsini dayandırmaqdan, nüvəobyektlərini demontaj etməkdən və nüvə proqramının inkişafınamüddətsiz məhdudiyyətlər tətbiq etməkdən imtina edib. Fevralın28-də səhər saatlarında İsrail və ABŞ İrana hərbi hava hücumlarınabaşlayıb.

İsrail və ABŞ-nin 28 fevralda həyata keçirilən hərbi havahücumlarında İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei və onunailə üzvləri ölüb.

Eyni zamanda İran Ordusunun Baş Qərargah rəisi general-mayorƏbdülrəhim Musəvi, İran İslam İnqilabı Keşikçilər Korpusunun(SEPAH) baş komandanı Məhəmməd Pakpur, İranın Ali Liderininmüşaviri və Müdafiə Şurasının katibi Əli Şəmxani, müdafiə naziriƏziz Nəsirzadə hərbi hava hücumları zamanı ölüblər.

Seçilən
63
5
az.trend.az

10Mənbələr