AZ

Ronaldo niyə əvəzlənib?

“Əl-Nəsr”in baş məşqçisi Jorji Jezuş Səudiyyə Pro Liqasının 24-cü turunda “Əl-Feyha” üzərində qazanılan 3:1 hesablı qələbədən sonra Kriştiano Ronaldonun vəziyyəti barədə danışıb.

Msport.az xəbər verir ki, təcrübəli mütəxəssis hücumçunun zədə səbəbindən əvəzlənməsinə münasibət bildirib.

Jezuş ulduz futbolçunu qorumaq üçün bu addımı atdığını vurğulayıb: “O, əzələ ağrısı hiss etdi. İkinci qolu vurduqdan sonra risk etmək istəmədim və onu əvəzlədim. Tibbi departament təbii ki, onun vəziyyətini qiymətləndirəcək, lakin o, sadəcə əzələ yorğunluğu hiss edirdi”.

Qeyd edək ki, matçın 11-ci dəqiqəsində penaltini dəqiq yerinə yetirə bilməyən Kriştiano Ronaldo 81-ci dəqiqədə sağ ayağındakı problem səbəbindən meydanı tərk etməli olub. O, cari mövsüm bütün turnirlərdə 26 oyunda 22 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Seçilən
11
msport.az

1Mənbələr