AZ

Ötən il poçtla qadağan olunmuş məhsulların ölkəyə gətirilməsi halları artıb

Bakı.Trend:

Ötən il ərzində poçt daşımaları vasitəsilə tərkibində dövriyyəsiməhdudlaşdırılmış və ya qadağan edilmiş maddələr olan məhsullarınölkəyə gətirilməsi hallarında ciddi artım müşahidə olunur.

Trend xəbərverir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Bildirilir ki, xüsusilə internet üzərindən sifariş edilənarıqlama çayları və kofeləri, müxtəlif dərman preparatları, eləcədə qida əlavələri bu baxımdan riskli məhsullar sırasında üstünlüktəşkil edir.

Belə ki, 2023-cü ildə 13 fakt, 2024-cü ildə 9 fakt, 2025-ci ildəisə 99 fakt üzrə bu məhsulların tərkibində dövriyyəsiməhdudlaşdırılmış sibutramin, preqabalin, qabapentin və digər güclütəsir edən maddələrin olması müəyyən edilmişdir.

Qeyd olunmalıdır ki, vətəndaşlar bu məhsulların tərkibi barədəməlumatlı olmadan müxtəlif onlayn platformalar vasitəsilə onlarıəldə edib ölkəyə gətirir. “Şəxsi istifadə” adı altında bəyan edilənbu məhsullar çox vaxt kommersiya məqsədilə digər istehlakçılarasatılır. Onların həkim təyinatı olmadan əldə edilməsi və istifadəsiistehlakçıların sağlamlığı üçün təhlükə yaradır.

Dövlət Gömrük Komitəsi vətəndaşların diqqətinə çatdırır ki,naməlum mənbələrdən, xüsusilə sosial şəbəkələr və xarici internetplatformaları vasitəsilə təqdim olunan “arıqladıcı”, “enerjiartırıcı”, “müalicəvi” adı altında satılan məhsullarınqanunvericiliyin tələblərinə riayət olunmadan sifarişi, əldəedilməsi və ya düzgün bəyan edilmədən ölkəyə gətirilməsi cinayətməsuliyyəti də yaradır.

Məqalədə:
Seçilən
17
18
az.trend.az

10Mənbələr