AZ

Omanda neft tankerinə hücum: ölən var

Bakı. Trend:

Yaxın Şərqdəki eskalasiyalar fonunda Omanda, Muskat şəhərininsularında üzən neft tankeri hücuma məruz qalıb.

Trend xarici KİV-əistinadən xəbər verri ki, bu barədə Omanın Dəniz TəhlükəsizliyiMərkəzinin bəyanatında deyilir.

Məlumata görə, hücum nəticəsində gəmidə partlayış ardınca isəyanğın meydana gəlib. Bir nəfər həyatını itirib.

“Marşal adalarının bayrağı altında üzrən MKD VYOm neft tankeriMuskat sahillərində 52 dəniz mili aralıda avtonom idarə olunan sunəqliyyat vasitəsinin hücumuna məruz qalıb. Tankerdə təqribən59,463 ton yük daşınıb”, - məlumatda qeyd olunur.

Hadisə nəticəsində ölən şəxsin Hindistan vətəndaşı olan ekipajüzvü olduğu qeyd olunur.

Xatırladaq ki, fevralın 17-də Vaşinqton və Tehran arasındakeçirilən nüvə danışıqlarının ikinci raundu irəliləyişsiz başaçatdıqdan sonra ABŞ İrana yaxın ərazilərdə mövcudluğunu artıraraqAvropa və Yaxın Şərqdəki bazalara 150-dən çox təyyarəyerləşdirib.

Qeyd edək ki, fevralın 26-da Cenevrədə İran və ABŞ arasındaİranın nüvə proqramı ilə bağlı danışıqların üçüncü raundukeçirilib. ABŞ Prezidenti Donald Tramp administrasiyasında baştutan görüş vəziyyətin diplomatik yolla tənzimlənməsi üçün son şanskimi qiymətləndirilirdi. Danışıqlarda konkret razılaşmalar əldəolunmayıb. Tehran uranın zənginləşdirilməsini dayandırmaqdan, nüvəobyektlərini demontaj etməkdən və nüvə proqramının inkişafınamüddətsiz məhdudiyyətlər tətbiq etməkdən imtina edib. Fevralın28-də səhər saatlarında İsrail və ABŞ İrana hərbi hava hücumlarınabaşlayıb.

İsrail və ABŞ-nin 28 fevralda həyata keçirilən hərbi havahücumlarında İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei və onunailə üzvləri ölüb.

Eyni zamanda İran Ordusunun Baş Qərargah rəisi general-mayorƏbdülrəhim Musəvi, İran İslam İnqilabı Keşikçilər Korpusunun(SEPAH) baş komandanı Məhəmməd Pakpur, İranın Ali Liderininmüşaviri və Müdafiə Şurasının katibi Əli Şəmxani, müdafiə naziriƏziz Nəsirzadə hərbi hava hücumları zamanı ölüblər.

Məqalədə:
Seçilən
93
az.trend.az

1Mənbələr