Bakı.Trend:
Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək.
Trend xəbərverir ki, bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb.
Bildirilir ki, 2-6 mart tarixlərində istismar müddəti başaçatmış və istifadəyə yararsız olan döyüş sursatlarınıntəhlükəsizlik qaydalarına riayət olunmaqla Ağdərə rayonuərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi həyatakeçiriləcək.
"Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyəçağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətəçatdırırıq", - məlumatda qeyd edilir.