AZ

Bilyard üzrə Naxçıvan birinciliyinin qalibi məlum olub

Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Naxçıvan, 2 mart, AZƏRTAC

Fevralın 28-dən martın 1-dək Naxçıvan şəhərində 5 Mart – Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş bilyardın qarışıq piramida növü üzrə muxtar respublika birinciliyi keçirilib.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, yarışda 17 iştirakçı mükafatlar uğrunda mübarizə aparıb.

Final görüşündə rəqibini ümumi hesabda 5:2 hesabı ilə məğlub edən Ramazan Əliyev birinciliyin qalibi olub. Allahverdi Mustafazadə ikinci, Loğman Babayev və Sərxan Vəlizadə isə üçüncü yerləri tutublar.

İlk üç yerin sahiblərinə diplom, medal və pul mükafatı təqdim olunub.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
53
azertag.az

1Mənbələr