AZ

Son dövrdə ərzaq və kommunal xərclərin artımı ailə büdcəsinə necə təsir edir? - EKSPERT AÇIQLADI

Son dövrlərdə bazarlarda müşahidə olunan qiymət artımı cəmiyyətin bütün təbəqələrinə təsir göstərsə də, bunun ən ağır yükü ailələrin gündəlik büdcəsi üzərinə düşür. Xüsusilə əsas istehlak səbətinə daxil olan ərzaq məhsullarının bahalaşması insanların sosial rifahına birbaşa təsir edir və onların həyat keyfiyyətində ciddi dəyişikliklər yaradır. İqtisadi proseslər fonunda gəlirlərlə xərclər arasındakı fərq getdikcə dərinləşir və bu da bir çox ailəni seçim qarşısında qoyur.
Mövcud şəraitdə sabit gəlirlə yaşayan insanlar daha həssas qrupa çevrilir. Onların qazancı dəyişmədiyi halda, bazardakı qiymətlərin artması gündəlik tələbatın ödənilməsini çətinləşdirir və nəticədə alıcılıq qabiliyyəti zəifləyir. Bu proses uzunmüddətli perspektivdə sosial bərabərsizliyin artmasına və əhalinin müəyyən hissəsinin kasıblaşmasına səbəb ola bilər.

SİA mövzu ilə bağlı iqtisadçı-ekspert Xalid Kərimlinin fikirlərini öyrənib.

O bildirib ki, Qiymətlərin və ərzaq məhsullarının artması ailə büdcəsinə ciddi mənfi təsir göstərir: " Xüsusilə sabit gəlirə malik şəxslər - məsələn, maaşı və ya pensiyası fiks olan insanlar - bu dəyişikliklərdən daha çox zərər görürlər. Qiymətlər yüksəldikcə onların alıcılıq qabiliyyəti azalır və gündəlik xərclərini ödəmək daha çətinləşir.

Nəticədə belə ailələr daha az mal və xidmət ala bilir, həyat səviyyələri düşür və kasblaşma prosesi sürətlənir. Bu vəziyyət həm də sosial gərginliyi artırır, çünki sabit gəlirli şəxslərin artan ehtiyacları və məhdud resursları arasında balans tapmaq çətinləşir. Uzun müddətdə belə iqtisadi dəyişikliklər ailələrin maliyyə planlamasını pozur və gələcəkdə borclanma və maliyyə çətinliklərinə yol açır.

Müəllif: Günel Fərzəliyeva
Seçilən
5
1
sia.az

2Mənbələr