AZ

Unibank Şirvanda yeni filialını açıb (FOTO)

Bakı.Trend:

Azərbaycanın aparıcı banklarından olan Unibank KB ASC bölgələrdəmüştərilərə daha yaxın olmaq və onlara keyfiyyətli maliyyəxidmətləri təqdim etmək məqsədilə daha bir filialını müştərilərinistifadəsinə verib.

Yeni filial Şirvan və ətraf rayonların sakinləri, eləcə dəsahibkarlar üçün bütün əsas bank xidmətlərini təqdim edir. Buradamüştərilərə kassa-hesablaşma əməliyyatları, biznes və pərakəndəkreditlərin verilməsi, əmanətlərin yerləşdirilməsi, plastikkartların buraxılması, nağd valyuta əməliyyatları və digər bankxidmətləri göstərilir.

Filial yeni konsept əsasında qurulub və yüksək xidmətstandartları ilə fəaliyyət göstərir. Müştərilərin rahatlığı üçünfilialın qarşısında 24/7 rejimində çalışan UTM və ödəməterminalları quraşdırılıb. Bu avadanlıqlar vasitəsilə gününistənilən vaxtı mədaxil-məxaric əməliyyatlarını, ödənişləri vədigər bank xidmətlərini sürətli və rahat şəkildə həyata keçirməkmümkündür.

“Unibank”ın “Şirvan” filialı həftənin 5 günü müştərilərə xidmətedir.

Unibank hazırda paytaxt və bölgələri əhatə edən geniş filialşəbəkəsi ilə müştərilərin xidmətindədir. “Unibank”ın filialları həftənin 5günü nahar fasiləsi olmadan, səhər saat 09:00-dan axşam 18:00-dəkfəaliyyət göstərir. Bəzi filiallar isə həftənin şənbə günü də saat10.00-dan 15.00-dək müştərilərin xidmətindədir.

Unibank – Sənin Bankın!

Unibank
Unibank
Məqalədə:
Seçilən
1
7
az.trend.az

9Mənbələr