AZ

“Sıralasam, Almaniya, Rusiya və Türkiyə deyərdim” – yığmanın kapitanı

Sabah qadınlar arasında dünya çempionatının seçmə mərhələsinin C qrupunda Azərbaycan və Şimali Makedoniya yığmaları qarşılaşacaq.

“Football-plus.az” xəbər verir ki, oyunöncəsi mətbuat konfransında hazırda “Hamburq”un formasını geyən Nigar Mirzəliyeva da iştirak edib.

- Yeni komandan haqda fikirlərin necədi? Artıq Almaniyada oynayırsan.
- Bu böyük məsuliyyət və sevincdi. Ora transfer olunmaq mənim üçün qürurdu. Özümü orda yüksək səviyyədə göstərməyə çalışacam.

- Almaniyaya gedəndən sonra fiziki hazırlığında inkişaf hiss edirsən?
- Almaniyada fiziki hazırlıq baxımından yaxşı futbolçular var. Amma mən də onlardan geri qalmıram.

- Rusiya və Almaniya çempionatlarını müqayisə etsən, hansı liqada səviyyə daha yüksəkdi?
- Rusiya Almaniya qədər inkişaf etməyib.

Daha sonra yığmanın kapitanı Sevinc Cəfərzadə jurnalistlərin suallarını cavablayıb.

- Səni emosional biri kimi tanıyırıq.
- (gülür) Hər insanda emosiya var. Futbol emosiya oyunudu. Meydanda necəyəmsə, məşqdə də eyni qaydada qızları oyunlara kökləyirəm. Əsas odu ki, sonda qələbə olsun.

- Türkiyədə futbolun səviyyəsi necədi?
- Almaniya bir az başqa səviyyədi (gülür). Sıralasam, Almaniya, Rusiya və Türkiyə deyərdim.

- Oyuna necə köklənmisiz?
- Bu dəfə daha çox pozitivlik var. Hər kəsin üzündə gülüş var. Bu məqam komandanın hazırlığından xəbər verir. Əlimizdən gələni edəcəyik.

MÜZƏFFƏR QULUZADƏ

Seçilən
30
1
football-plus.az

2Mənbələr