AZ

Deputatlar QDİƏT PA nın komitə islasında iştirak edəcəklər

ain.az xəbər verir, Newscenter.az saytına əsaslanaraq.

Milli Məclisin komitə sədri, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) Sosial məsələlər və humanitar siyasət komitəsinin sədri Musa Quliyev və deputat Səbinə Salmanova martın 3-də Albaniya Respublikasının Tirana şəhərinə səfər edəcəklər.Newscenter.az xəbər verir ki, səfər çərçivəsində deputatlarımız QDİƏT PA-nın Sosial məsələlər və humanitar siyasət komitəsinin iclasında iştirak edəcəklər. İclasda “Qara dəniz regionunda əlaqələrin və əməkdaşlığın gücləndirilməsində mədəni diplomatiyanın rolu” mövzusunda məruzələr dinləniləcək və tövsiyə layihəsi müzakirəyə çıxarılacaq.Səfər martın 6-da başa çatacaq.Süleyman

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
44
3
newscenter.az

10Mənbələr