AZ

Azərbaycanla İsrail arasında ticarət dövriyyəsi azalıb

Bakı. Trend:

Bu ilin yanvar ayında Azərbaycanla İsrail arasında ticarətəməliyyatlarının həcmi 4,202 milyon ABŞ dolları təşkil edib.

Trend bubarədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata əsasən, bu, 2025-ci ilin eyni dövründəki göstərici iləmüqayisədə 5,653 milyon ABŞ dolları və ya 2,3 dəfə azdır.

Bu ilin yanvar ayında Azərbaycandan İsrailə 1,717 milyondollarlıq məhsul ixracı qeydə alınıb. Bu, ötən ilin eyni dövrü iləmüqayisədə 6,431 milyon ABŞ dolları və ya 4,7 dəfə azdır.

Hesabat dövründə İsraildən Azərbaycana isə 2,485 milyon ABŞdolları dəyərində ixrac əməliyyatları icra olunub ki, bu da 2025-ciilin eyni dövrü ilə müqayisədə 778 min ABŞ dolları və ya 45,6%artım deməkdir.

2025-ci ildə isə Azərbaycanla İsrail arasında ticarətəməliyyatlarının həcmi 2024-cü ildəki göstərici ilə müqayisədə 9,8dəfə azalaraq 78,040 milyon ABŞ dolları təşkil edib.

Belə ki, dövr ərzində Azərbaycandan İsrailə 25,4 milyondollarlıq (illik müqayisədə 28,8 dəfə az) ixrac, 52,6 milyondollarlıq (illik ifadədə 65,9% çox) isə idxal əməliyyatları həyatakeçirilib.

Ticarət əməliyyatlarının bu qədər azalmasının səbəbi isə hesabatilində Azərbaycandan İsrailə neft məhsulları ixracının qeydəalınmaması ilə bağlıdır. Belə ki, 2024-cü ildə Azərbaycandansözügedən ölkəyə 713,3 milyon ABŞ dolları dəyərində 1,173 milyonton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsullarıixrac edilmişdisə, 2025-ci ildə bəhs edilən məhsulların ixracıqeydə alınmayıb. Bu isə yekunda ticarət dövriyyəsində azalmayasəbəb olub.

Qeyd edək ki, bu ilin yanvar ayında Azərbaycan xarici ölkələrlə3,538 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu,ötən ilin eyni dövrünə nisbətən 1,5 milyard dollar və ya 30,5%azdır.

Xarici ticarət dövriyyəsinin 2,236 milyard ABŞ dolları ixracın,1,302 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildəixrac 802 milyon dollar və ya 26,4%, idxal isə 750 milyon dollar vəya 36,5% azalıb.

Yekunda xarici ticarətdə 933,6 milyon dollarlıq müsbət saldoyaranıb ki, bu da illik müqayisədə 52,4 milyon dollar və ya 5,3%azdır.

Seçilən
35
az.trend.az

1Mənbələr