AZ

Fransa BƏƏ-dəki hərbi bazasına endirilən zərbəniTƏSDİQLƏDİ

Fransanın xarici işlər naziri Jan-Noel Barro təsdiqləyib ki, pilotsuz təyyarə Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi limanını hədəf alaraq BƏƏ-dəki Fransa dəniz bazasındakı anqara zərbə endirib.

Redaktor.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Nazir qeyd edib ki, hərbi bazaya yalnız kiçik maddi ziyan dəyib. O əlavə edib ki, münaqişə ondan çox Yaxın Şərq ölkəsində yaşayan və ya səfər edən təxminən 400.000 Fransa vətəndaşına təsir edib, itki barədə isə heç bir məlumat yoxdur.

Barro həmçinin bildirib ki, İsrail və ABŞ-nin İrana qarşı “birtərəfli” hücumları əvvəlcədən Birləşmiş Millətlər Təşkilatı kimi bu məqsədlə yaradılmış kollektiv qurumlarda müzakirə olunmalı idi.

Aminə ŞAHSUVARQIZI

Seçilən
50
1
redaktor.az

10Mənbələr