AZ

SOCAR-ın prezidenti bp-nin icraçı vitse-prezidenti ilə görüşüb

Bakı.Trend:

SOCAR-ın prezidenti Rövşən Nəcəf bp-nin hasilat və əməliyyatlarüzrə icraçı vitse-prezidenti Qordon Birrel ilə görüşüb.

Trend xəbərverir ki, bu barədə SOCAR məlumat yayıb.

Bildirilir ki, görüşdə SOCAR ilə bp arasında uzun illərdir davamedən uğurlu əməkdaşlıq məmnunluqla qeyd edilib, birgə icra olunanlayihələrin önəmi vurğulanıb. Bu xüsusda, “upstream” layihələri, ocümlədən “Azəri-Çıraq-Dərinsulu Günəşli” (AÇG) və NAG (SərbəstQaz), “Şahdəniz kompressiya”, “Qarabağ”, “Əşrəfi-Dan Ulduzu-Aypara”(ƏDUA) və “Şəfəq-Asiman” layihələri üzrə görülən işlər müzakirəolunub. Tərəflər üçüncü ölkələrdə müxtəlif layihələrdə birgəiştirak imkanlarını nəzərdən keçiriblər.

Söhbət zamanı “midstream” və bərpaolunan enerji layihələri,eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikirmübadiləsi aparılıb.

Məqalədə:
Seçilən
6
12
az.trend.az

10Mənbələr