AZ

Yunanıstan Kiprə iki freqat və F 16 qırıcıları göndərir

ain.az, Azpolitika.az portalına istinadən məlumat verir.

Yunanıstan adanın təhlükəsizliyini gücləndirmək üçün Kiprə iki freqat və bir cüt F-16 qırıcısı göndərir.

"Report" Yunanıstan KİV-nə istinadən xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Nikos Dendias bildirib.

Onun sözlərinə görə, qərar Baş nazir Kiriakos Miçotakisin Kipr Prezidenti Nikos Xristodulidislə məsləhətləşmələrindən sonra qəbul edilib.

Dendias vurğulayıb ki, Yunanıstan böhran ərzində Kiprin müdafiə qabiliyyətini dəstəkləyəcək.

Hökumət şurasının qərarına əsasən, Kipr sahillərinə "Kimon" freqatı, həmçinin "Kentavr" sistemi ilə təchiz edilmiş ikinci Yunanıstan freqatı göndərilir. Bundan başqa, Kiprə hava məkanının müşahidəsi və müdafiəsinin gücləndirilməsinə cəlb ediləcək iki F-16 qırıcısı göndərilir.

Müdafiə naziri həmçinin bildirib ki, fəaliyyətin koordinasiyası üçün Baş Qərargah rəisi ilə birgə Nikosiyaya yollanacaq.

Afina ABŞ və İsrailin İrana zərbələrindən sonra Yaxın Şərqdə vəziyyətin gərginləşməsi fonunda təhlükəsizlik tədbirlərini gücləndirir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
18
1
azpolitika.info

2Mənbələr