Footbal-plus saytından alınan məlumata görə, ain.az bildirir.
Sabah qadınlar arasında dünya çempionatının seçmə mərhələsinin C qrupunda Azərbaycan və Şimali Makedoniya yığmaları qarşılaşacaq.“Football-plus.az” xəbər verir ki, oyunöncəsi mətbuat konfransında hazırda “Hamburq”un formasını geyən Nigar Mirzəliyeva da iştirak edib.- Yeni komandan haqda fikirlərin necədi? Artıq Almaniyada oynayırsan.- Bu böyük məsuliyyət və sevincdi. Ora transfer olunmaq mənim üçün qürurdu. Özümü orda yüksək səviyyədə göstərməyə çalışacam.- Almaniyaya gedəndən sonra fiziki hazırlığında inkişaf hiss edirsən?- Almaniyada fiziki hazırlıq baxımından yaxşı futbolçular var. Amma mən də onlardan geri qalmıram.- Rusiya və Almaniya çempionatlarını müqayisə etsən, hansı liqada səviyyə daha yüksəkdi?- Rusiya Almaniya qədər inkişaf etməyib.Daha sonra yığmanın kapitanı Sevinc Cəfərzadə jurnalistlərin suallarını cavablayıb.- Səni emosional biri kimi tanıyırıq.- (gülür) Hər insanda emosiya var. Futbol emosiya oyunudu. Meydanda necəyəmsə, məşqdə də eyni qaydada qızları oyunlara kökləyirəm. Əsas odu ki, sonda qələbə olsun.- Türkiyədə futbolun səviyyəsi necədi?- Almaniya bir az başqa səviyyədi (gülür). Sıralasam, Almaniya, Rusiya və Türkiyə deyərdim.- Oyuna necə köklənmisiz?- Bu dəfə daha çox pozitivlik var. Hər kəsin üzündə gülüş var. Bu məqam komandanın hazırlığından xəbər verir. Əlimizdən gələni edəcəyik.MÜZƏFFƏR QULUZADƏ
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.