AZ

UNEC tələbələri üçün seminar keçirilib



Mediasiya Şurasının təşkilatçılığı ilə Bakı 9 Saylı Mediasiya Təşkilatı tərəfindən Azərbaycan Dövlət İqtisad Universiteti UNEC tələbələri üçün "Razılığa gedən yol mediasiyadan keçir” mövzusunda maarifləndirici seminar təşkil olunub.

Newscenter.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan Mühəndislik fakültəsinin dekanı, dosent Elçin Səmədov mediasiyanın mübahisələrin məhkəmədənkənar həlli üsulu olduğunu vurğulayıb. Bildirib ki, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq olunmuş “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Mediasiya Şurası və mediasiya təşkilatları ailə, əmək, inzibati, kommersiya və mülki münasibətlərdən irəli gələn mübahisələrin həllində mühüm rol oynayır.

Sonra Mediasiya Şurasının üzvü, Bakı 9 saylı Mediasiya Təşkilatının direktoru Leyla Nəsibova, eləcə də mediatorlar Fərhad Mehtiyev və Nəsimi Mirzəyev çıxış edərək, mediasiyanın yalnız hüquqi prosedur deyil, həm də sivil razılaşma və dialoq mədəniyyəti olduğunu diqqətə çatdırıblar. Qonaqlar mediasiya prosesinin üstünlükləri, tərəflər arasında qarşılıqlı anlaşmanın formalaşdırılması və mübahisələrin məhkəməyə müraciət etmədən həlli imkanları barədə ətraflı məlumat veriblər.

Bildirilib ki, mediasiya zamanı tərəflər mediatorun vasitəçiliyi ilə qarşı tərəfin mövqeyini daha yaxşı anlayır, öz mövqelərini yenidən qiymətləndirir və barışıq imkanlarını araşdırırlar.

Sonda iştirakçıların sualları cavablandırılıb.

Süleyman
Seçilən
107
4
newscenter.az

9Mənbələr