AZ

Küveyt səhvən ABŞ qırıcılarını vurdu

Küveyt hava müdafiəsi ABŞ-a məsus 3 "F-15E Strike Eagles" təyyarəsini səhvən vurub.

Publika.az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bəyanat yayıb.

"Altı ekipaj üzvünün hər biri xilas edilib. Küveyt bu insidenti təsdiqləyib. Davam edən əməliyyat çərçivəsində göstərdikləri səylərə və dəstəyə görə Küveyt müdafiə qüvvələrinə minnətdarıq. Hadisənin səbəbi araşdırılır", - deyə bəyanatda qeyd olunub.

Seçilən
17
publika.az

1Mənbələr