AZ

"İran xarici təcavüz fonunda millətin müdafiəsinə üstünlük verir" - Bəqai

İran ABŞ və İsrailin hücumlarından sonra milli müdafiəyə üstünlük verir.

Redaktor.az xəbər verir ki, bu sözləri İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai ABŞ Milli İctimai Radiosuna (NPR) verdiyi müsahibədə bildirib.

Bəqai qeyd edib ki, ABŞ ilə danışıqların yenidən başlaması zamanı İranın əsas məqsədi xalqını müdafiə etməkdir:

“Bizə hücum edilib. Bu, millətimizə qarşı tətbiq edilən ədalətsiz bir müharibədir və bizim yanaşmamız möhkəm durmaq, dözümlülüyü qorumaq və bu ədalətsizliyə qarşı durmaqdır”.

Sözçü həmçinin İranın nüvə proqramına toxunaraq, onun ilkin olaraq 1960-cı və 1970-ci illərdə ABŞ-nin dəstəyi ilə inkişaf etdirildiyini xatırladıb və bu, son doqquz ayda ikinci təcavüz olduğunu bildirib.

Bəqai vurğulayıb ki, ABŞ və İsrailin hücumları beynəlxalq hüququ pozur, ölkənin suverenliyinə və ərazi bütövlüyünə hörməti zədələyir. O qeyd edib ki, müvəqqəti şura yaradılıb və Ekspertlər Məclisi yeni lider seçmək vəzifəsini daşıyır.

Sözçü əlavə edib ki, İran xalqı xarici təcavüzlərə qarşı birləşir və azadlıq, müstəqillik, ləyaqət və suverenlik uğrunda mübarizə aparır:

“Biz dinc etirazlara hörmətlə yanaşırıq. İqtisadi çətinliklərin əksəriyyəti ABŞ-nin tətbiq etdiyi sanksiyalardan qaynaqlanır. Mən xalqın səsini eşidirəm və gələcəyinə qərar verəcək olan da İran xalqıdır”.

Bəqai həmçinin ABŞ və İsrailin hərəkətlərinin regionda təhlükəli presedent yaratdığını xəbərdar edib və bildirib ki, İranın müharibə istəmədiyi, məqsədinin xalqını müdafiə etmək olduğu əsas mesajdır.

Aminə ŞAHSUVARQIZI

Seçilən
19
1
redaktor.az

2Mənbələr