AZ

“Qarabağ”ın futbolçusunu Finlandiyaya uçmağa kim vadar edib?

“Qarabağ”ın və Azərbaycan millisinin müdafiəçisi Bəhlul Mustafazadə azı 3 ay futbol oynaya bilməyəcək.

Buna səbəb 28 yaşlı futbolçunun “Nyukasl”la Bakıdakı qarşılaşmada aldığı zədədir.

Sol budunun adduktor əzələlərində və qasıq nahiyyəsində zədə müəyyən edilən Mustafazadə əməliyyat olunub.

Bəhlul cərrah masasına uzanmaq üçün nə futbolçuların daha çox müraciət etdiyi Türkiyəyə üz tutub, nə də Almaniyaya.

Səbəbkar uzaq Finlandiyayanın Turku şəhərinə uçub.

“Qarabağ” zədəli futbolçusununun səhhətini dünyaca ünlü idman ortopedi Lasse Lempaynenə həvalə edib.

Həmin Lempaynen ki, son 2 ayda “Milan”a məxsus Alfa Sisse, “Spezia”nin üzvü Françesko Kassata, “Barselona”da məşhurlaşan Ter Ştegen, “Vilyareal”ın müdafiəçisi Villi Kambvala, “Roma”nın hücumçusu Artyom Dovbik kimi tanınmış futbolçuları əməliyyat edib.

Həkim şəxsi “instagram” hesabında Bəhlulla şəklini paylaşaraq futbolçumuza tezliklə bərpa olunmağı arzulayıb, özünə göstərilən güvənə görə “Qarabağ”a təşəkkür edib.

HƏBİB

Seçilən
53
sportinfo.az

1Mənbələr