"Fənərbağça"nın legioneri Nelson Semedu uzun müddət komandasına kömək edə bilməyəcək.
Fanat.Az "TRT Spor"a istinadən xəbər verir ki, portuqaliyalı cinah oyunçusu Super Liqanın 24-cü turunda "Antalyaspor"a matçda zədələnib.
Sol dizindən xəsərat alan Semedu dörd həftə yaşıl meydanlardan kənarda qalacaq.
Qeyd edək ki, "Fənərbağça" "Antalyaspor"la 2:2 hesablı bərabərliyə razılaşıb.
Toğrul