Bakı. Trend:
Azərbaycan və Rusiya “AZAL” təyyarəsinin qəzası ilə bağlı yaxınvaxtlarda addımlar atacaqlar.
Trend xəbər verir ki, bubarədə Prezident İlham Əliyevin martın 2-də Rusiya FederasiyasıHökuməti Sədrinin müavini, Hökumətlərarası Komissiyanın həmsədriAleksey Overçuku qəbulu zamanı bildirilib.
Söhbət zamanı qeyd edilib ki, Azərbaycan və Rusiya liderlərinin2025-ci il oktyabrın 9-da Düşənbədə keçirilən görüşündə əldəetdikləri razılaşmalara uyğun olaraq, tərəflər 2024-cü il dekabrın25-də “AZAL” təyyarəsinin qəzaya uğraması nəticəsində yarananproblemlərin həlli üzrə yaxın vaxtlarda kompleks praktik addımlaratacaqlar.